Yaralı cüyürü belə xilas etdilər - FOTO

02 Avqust, 2019 17:22 | Sosial | Baxış sayı: 126
Cüyür
Cüyür

İnsanlar görüb yerli polisə xəbər verdi

Qusardan sonra Qubada da cüyür tapılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Qəçreş kəndi ərazisindəki meşə massivində ayağından və belindən xəsarət alan cüyürü ətrafda olan insanlar görüb və yerli polis şöbəsi vasitəsilə yaralı heyvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşlarına təhvil verilib.

Tapılmış cüyür bu gün Xızının Altıağac qəsəbəsi  ərazisindəki Vəhşi təbiətin bərpası və realibilitasiyası mərkəzinə aparılıb. Burada müalicə alandan sonra cüyür təbiətə buraxılacaq. Yaralı cüyürü hansısa yırtıcının qovaraq yaraladığı ehtimal edilir.