Qurban bayramında Gəncə tərəfə gedənlər üçün sürpriz

02 Avqust, 2019 16:40 | Sosial | Baxış sayı: 113
Gəncə qatarı
Gəncə qatarı

Azərbaycan Dəmir Yolları məlumat yaydı

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.

İstiPress-in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaqdır.

Bakıdan və Gəncədən 13 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaqdır.