Bakıda bir nəfər dənizdə batdı

02 Avqust, 2019 19:31 | Sosial | Baxış sayı: 60
Suda boğulma
Suda boğulma

Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.

İstiPress-ə bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin  "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.