Azərbaycanda daha bir telekanalın 8 əməkdaşında koronavirus aşkarlandı

02 İyul, 2020 17:01 | Sosial | Baxış sayı: 119
Koronavirus müayinəsi
Koronavirus müayinəsi

CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər. 

Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb.

Qeyd edək ki, şirkətin 200-dək əməkdaşı koronavirus testindən keçib.