HİV-ə yoluxan qadın Azərbaycana deportasiya edildi

02 İyul, 2019 15:29 | Sosial | Baxış sayı: 204

35 yaşlı qadında virusun olması şübhələri ortaya çıxıb

Türkiyənin Karaman bölgəsində fahişəliklə məşğul olanlara qarşı keçirilən əməliyyat zamanı saxlanılan Natəvan adlı azərbaycanlı qadında HİV virusu aşkarlanıb.

İstiPress-in məlumatına görə, tibbi müayinədən keçirilməsi zamanı 35 yaşlı M. Natəvanda cinsi yolla keçən və QİÇS-ə yol açan virusun olması şübhələri ortaya çıxıb.

Karaman Polis Şöbəsinə 3 Türkiyə vətəndaşının əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları faktla bağlı hərəkətə keçib, şəhərin ən sıx küçələrindən birində Türkiyə vətəndaşlarını və əcnəbi qadınları saxlayıblar.

Əcnəbi qadınlar - Həvva C. və Natəvan M. də ifadə verərək sərbəst buraxılıb və öz ölkələrinə deportasiya ediliblər.