Xəzərdə batan 20 yaşlı gəncin meyiti tapıldı - FOTO

02 İyul, 2018 17:31 | Sosial | Baxış sayı: 77
Axtarış aparan dalğıc
Axtarış aparan dalğıc

Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb. Bu barədə mərhumun yaxınları məlumat verib.

İstiPress-in məlumatına görə, iyul ayının 1-də Ələt qəsəbəsinin Pirsaat adlanan ərazisində qəsəbə sakini, 1998-ci il təvəllüdlü Rəhimov Nadir İlqar oğlu dənizdə çimən zaman köməksiz vəziyyətdə qalaraq boğulub. Gecə saatlarında N.Rəhimovun meyiti dənizdən tapılıb.

N.Rəhimov balıqçı olub. Mərhumun meyiti bu gün torpağa tapşırılıb.