Bu gün hava sərinləyəcək, amma....

02 İyul, 2018 08:50 | Sosial | Baxış sayı: 191
İsti hava şəraiti
İsti hava şəraiti

İyulun 3-4-də kəskin istilər qayıdır

Bu gündən Bakıda hava nisbətən sərinləyəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan İstiPress-ə verilən məlumata görə, iyulun 2-dən  Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

Lakin iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.