Bakıda hava 120 ilin rekordunu qırdı

02 İyul, 2018 08:35 | Sosial | Baxış sayı: 120
İsti hava
İsti hava

Temperatur 44 dərəcəyə çatdı

1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb - 43-44 dərəcə.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan İstiPress-ə verilən məlumata görə, bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib (41, 6 dərəcə).

Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.