20 Yanvar - Xırdalan istiqamətində tıxacın son günü

02 İyul, 2018 16:50 | Sosial | Baxış sayı: 109
20 yanvar - Xırdalan yolu
20 yanvar - Xırdalan yolu

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-11-ci kilometrliyində asfaltlanma işləri başa çatmaq üzrədir.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum sözçüsü bildirib ki, ərazidə asfaltlanma işləri iyulun 3-də tam başa çatacaq: "Bundan sonra təxminən bir gün də, yəni iyulun 4-də rənglənmə işləri aparılacaq və texnikalar ərazidən çıxarılacaq. Yol həmin gündən tam olaraq sürücülərin istifadəsinə veriləcək".

A. Nəcəfli bildirib ki, yolun əks istiqamətində təmir işlərinə isə hələlik başlanmayacaq.

Xatırladaq ki, iyunun 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya avtomobil yolunun 6-cı kilometrliyindən 11-ci kilomtrliyinə qədər olan məsafənin asfalt örtüyünün dəyişdirilməsinə başlamışdı. Görülən işlərlə əlaqədar ərazidə avtomobillərin hərəkətinin hissə-hissə məhdudlaşdırılması ərazidə tıxaclara səbəb olmuşdu.