Günəşdə güclü partlayış oldu

02 İyun, 2020 11:57 | Sosial | Baxış sayı: 56
Günəşdə partlayış
Günəşdə partlayış

Mobil rabitə və GPS siqnallarına təsir edə biləcək

NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşdə güclü partlayış qeydə alıb.

İstiPress-in məlumatına görə, bu barədə NASA-nın saytında məlumat verilib.

Alimlərin sözlərinə görə, budəfəki partlayış 2017-ci ilin oktyabrından sonra ən güclü partlayışdır. Onun insan səhhətinə hər hansı problem yaratmayacağı, yalnız mobil rabitə və GPS siqnallarına təsir edə biləcəyi qeyd olunub.