Koronavirus kişiləri daha çox öldürür - CANLI STATİSTİKA

02 May, 2020 15:26 | Sosial | Baxış sayı: 260
Koronavirus müayinəsi
Koronavirus müayinəsi

Yaş artıqca ölüm nisbəti də yüksəlir

Pandemiyanın ilk günündən bu yana aparılan statistika göstərir ki, koronavirus kişiləri daha çox öldürür.

İstiPress-in məlumatına görə, bu barədə "Koronavirus üzrə canlı statistika" portalında bildirilib.

Məlumatları onlayn qaydada  yenilənən portlın məlumatına görə, dünya üzrə indiyə kimi ölənlərin 62,7 faizini kişilər, 37,3 faizini qadınlar təşkil edir.   

Xəstəliyə yoluxanlar arasında ölüm nisbəti də yaş artıqca artır. 60-69 yaş arasında  3,6% təşkil etdiyi halda, 70-79 yaş arasında 8%-ə qalxır. 80 yaşdan yuxarı isə 14,8% təşkil edir.

Məlumatları daha ətraflı bu linkdən ala bilərsiniz:  https://covid19ans.com/?fbclid=IwAR3tpJHDd_nUurNVQX7d7k7AsesYdw1DWyPlB52UZYiXREA-tSX_2UPzpTc