Bakıda daha bir mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq

02 May, 2018 17:29 | Sosial | Baxış sayı: 82
Bakıda yol bağlama nişanı
Bakıda yol bağlama nişanı

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, paytaxtın Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü-nə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.

İstiPress-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, tam məhdudiyyət prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək.

Prospektin digər hissələrində isə məhdudliyyət qismən tətbiq olunacaq (yol bağlı olmayacaq) və səhər saatlarınadək qüvvədə olacaq.