Qeyri-sabit hava barədə RƏSMİ AÇIQLAMA

02 Mart, 2020 16:10 | Sosial | Baxış sayı: 388
Bakıda külək
Bakıda külək

Milli Hidrometeorologiya Departamenti məlumat verdi

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək.

İstiPress-ə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək.

Martın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.