Yaşayış binasında partlayış - ölənlərin sayı 19-a çatdı

02 Yanvar, 2019 14:27 | Sosial | Baxış sayı: 95
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış

Dağıntılar altında 23 nəfərin qaldığı bildirilir

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 19-a çatıb. Bundan başqa, dağıntılar altında 23 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmadıqları məlum deyil.

İstiPress TASS-ab istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyib. O, ölənlərdən ikisinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

Rusiyada panel binada partlayış
Rusiyada panel binada partlayış