Sabah hava yağmurlu olacaq

02 Yanvar, 2019 16:38 | Sosial | Baxış sayı: 117
Yağışlı hava
Yağışlı hava

Yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı gözlənilir.

İstiPress-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gündüz bəzi yerlərdə yağış yağacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 3-5°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Naxçıvan Muxtar Respublikasında və bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək.