Bakıda liftdə qalanlar xilas edildi

02 Yanvar, 2019 13:37 | Sosial | Baxış sayı: 41
Bakı sakini liftdə qalıb
Bakı sakini liftdə qalıb

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara kömək edib

Bakıda liftdə qalan 7 nəfər xilas edilib.

İstiPress FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. 

Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.