16 yaşlı azərbaycanlı qızın İstanbul faciəsi - VİDEO

02 Yanvar, 2017 18:54 | Sosial | Baxış sayı: 5015
Verilişdən kadr
Verilişdən kadr

16 yaşlı azərbaycanlı qız Aytən Yolçuyeva İstanbulda itkin düşüb.

İstiPress-in məlumatına görə, Müge Anlı ile Tatlı Sert proqramına qatılan Aytən Yolçuyevanın atası baş verən hadisələri danışıb. Azərbaycanda böyüdüyü kənddən qızını İstanbula aparan ata Kənan Yolçuyev onu toxuculuq fabrikində işə düzəldib. 16 yaşlı qız bir az sonra İstanbul küçələrində itib. Aytən Yolçuyevadan 18 gündür ki, xəbər yoxdur. Kənan Yolçuyev Aytən Yolçuyevanın anasından ayrılıb, ikinci dəfə evlənib. Buna görə, Aytən kənddə nənəsinin yanında böyüyüb.  

Aytən Yolçuyeva (ortada)
Aytən Yolçuyeva (ortada)

Aytən Yolçuyevanın atası Kənan Yolçuyev bildirib: “Qızım qaz balonu doldurmağa getmişdir. Orada bir xanım “burada qaz balonu doldurmayın”deyib. Bunun ardınca mənim qızım baqqalın köməkçisinə - həyatım sən doldur bu qadına fikir vermə deyib. Baqqal köməkçisi isə əvəzində mənə həyatım demə söyləyib. Ondan sonra qızım dükanın yanındak küçə boyunca getmiş. Daha sonra ondan xəbər alan olmayıb. Ən son görəndə baqqalın köməkçisidir”. 

16 yaşlı itkin Aytən Yolçuyeva Türkiyə mediasında