Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır

01 Dekabr, 2020 16:26 | Sosial | Baxış sayı: 82
SkyUp Airlines
SkyUp Airlines

Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.

İstiPress-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Aviasiya Xidməti məlumat verir.

Qeyd olunur ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.

Reyslər 2021-ci il martın 28-dən başlayacaq.

Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.