Bakıda bəy toyda içib özünü yaraladı

01 Dekabr, 2019 10:38 | Sosial | Baxış sayı: 553
Təcili yardım maşını
Təcili yardım maşını

Restoranın şüşəsini yumruğu ilə sındırıb

Bakıda 20 yaşlı bəy toy mərasimində ağır xəsarət alıb

İstiPress-in məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq sarayında toy mərasimi keçirilən 1999-cu il təvəllüdlü Məmmədov Taleh Bəxtiyar oğlu sərxoş vəziyyətdə restoranın şüşəsini yumruğu ilə sındırıb. Nəticədə o, sağ əlinə ciddi xəsarət yetirib.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı onun sağ biləyin kəsilmiş-cırılmış yaraları aşkarlanıb.

Fakla bağlı araşdırma aparılır.