Azərbaycanda zəlzələ oldu

01 Dekabr, 2019 16:01 | Sosial | Baxış sayı: 460
Zəlzələ
Zəlzələ

Yeraltı təkanlar bir dəfə hiss olunub

Azərbacanın şimal-qərb bölgəsində zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, yeraltı təkanlar bugün günorta saat 14:10 radələrində qeydə alınıb.

Qax rayonunun Güllük və Zərnə kənd sakinlərinin verdiyi məlumata görə, yeraltı təkanlar bir dəfə hiss olunub.

Dağıntı və tələfat yoxdur.