Tələbə təqaüdlərinə ayrılan vəsaitlər artırıldı

01 Dekabr, 2017 17:49 | Sosial | Baxış sayı: 191
Manat
Manat

Maliyyə naziri gəncləri sevindirdi

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin təhsil bölməsində Təhsil Nazirliyinin "sair xərclər" maddəsi üzrə xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək "tələbələrə verilən təqaüd" xərc maddəsinə yönəldilib.

İstiPress-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

"2018-ci il üçün həmin maddə üzrə xərclər 70 mln. manata çatdırlacaq ki, bu, cari illə müqayisədə 11,3 mln. manat və ya 19,3% çoxdur. Bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı ssələndirilən anlaşılmazlıqları tam aradan qaldırır", - deyə S.Şərifov əlavə edib.

Report