Bu gündən Bakının bu taksilərində qiymət bahalaşır

01 Dekabr, 2017 08:50 | Sosial | Baxış sayı: 253
"Uber"- onlayn taksi xidməti
"Uber"- onlayn taksi xidməti

18 faizlik ƏDV-nin tətbiqi başlayır

Bu gündən Azərbaycanda qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və sair şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV tətbiq ediləcək.

Artıq banklar tərəfindən dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiq olunacağı ilə bağlı müştərilərə mesaj göndərilib.

ƏDV-ni yalnız yerli banklara məxsus kartlarla edilən ödənişlərdən tutmaq mümkündür. Xarici banklara məxsus kart hesabından vergi tutmaq isə texniki baxımdan mümkün deyil.

Xatırladaq ki, 2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV bu ilin əvvəlindən tətbiq edilməli idi. Amma kart prosessinq təşkilatları tərəfindən ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işləri yekunlaşmadığından bu, mümkün olmamışdı. Bu ilin noyabrın 6-da Vergilər Nazirliyində “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar görüş keçirilib.