Azərbaycanda ölümcül sevgi xəstəliyi - 390 qurban

01 Dekabr, 2017 18:31 | Sosial | Baxış sayı: 521
QİÇS bəlası - KOLLAJ
QİÇS bəlası - KOLLAJ

Həkimlər könüllü test müayinəsindən keçiriliblər

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 1 dekabr - QİÇS (İİV) ilə mübarizə günü geyd olunur və dekabr ayının 10-a qədər ölkədə bu dəhşətli virusa qarşı dekada- ongünlük keçirilir.

Quba regional İİV-lə mübaruzı dioqnostik laboratoriyasının müdiri Rəşad Həsrətov İstiPress-in şimal bürosuna aparılan mübarizə tədbirlərindən, əsrin bəlası xəstəliyin yayılma səbəblərindən danışıb.

Onun sözlərinə görə, ongünlük çərçivəsində bu gün Qusar rayon mərkəzi xəstəxanasında tibb personalının könüllü olaraq bu virusa qarşı test müayinəsi aparılır. Cənab Həsrətov 1990-cı ildən bu yana Azərbaycanın şimalında 150 nəfər insanın İİV-ə yoluxduğunu deyir. Onlardan 55-i Xaçmaz, 50-si Quba, 24-ü isə Qusar rayonunun sakinləridir.

Laboratoriya müdiri bölgənin digər rayonlarında - Şabran, Siyəzən, Xızı rayonlarında da virusa yoluxma halları olduğunu desə də sayını açıqlamayıb. Quba İİV-lə mübarizə dioqnostika laboratoriyasının müdiri Rəşad Həsrətov insanın QİÇS-ə yoluxmasının bölgədə əsasən inyeksion narkotik istifadə etmə, qismən də cinsi yolla halları zamanı yoluxduğunu deyir.

Şimal bölgəsinin Rusiya ilə sərhəddə yerləşməsi, kişilərin çoxunun orada işlədiyindən orada bu virusa yoluxub gəlməsi faktı da bölgədə bu xəstəlik daşıyıcılarının sayının artmasına şərait yaradır.  Rəşad Həsrətov ümumən 2017-vu ilin 9 ayında Azərbaycanda 390 nəfərin İİV-ə yoluxduğunu, onlardan 385 nəfərin Azərbaycan, 5 nəfərin əcnəbi vətəndaş olduğunu bildirib. Onlardan 46,1 faizi inyeksion. yolla narkotikin qəbulu zamanı, 42 faizi hetroseksual, 2,1 faizi homoseksual, 1,8 faizi anadan uşağa keçmə, 0,2 faizi donor qanverməsi zamanı insana yoluxub.

Quba regionsl İİV-lə mübarizə dioqnostik laboratoriyasında özünü virusa yoluxmada şübhəli bilən hər bir kəs istənilən zaman gəlib müayinə oluna bilər və məxfilik və anonimlik tam qorunur. Onun sözlərinə görə, virusla mübarizə təkcə dekabr ongünlüyündə deyil, bütün ilboyu aparılır.