Sabah Bakıda güclü yağış yağacaq

01 Noyabr, 2019 13:12 | Sosial | Baxış sayı: 113
Yağışlı hava
Yağışlı hava

Rayonlarda isə qar gözlənilir

Şənbə gününün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-12, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.