Bakıda yağışa görə svetaforlar xarab oldu

01 Noyabr, 2019 10:00 | Sosial | Baxış sayı: 33
Yağışlı hava
Yağışlı hava

Bəzi yollarda sürət həddi azaldılıb

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə məlumat Bakı Nəqliyyat Agentliyindən verilib. Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.
Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb. Hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

"Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur".