Bakıda güclü külək xəbərdarlığı

01 Noyabr, 2019 18:26 | Sosial | Baxış sayı: 176
Bakıda külək
Bakıda külək

Arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir

Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 35 metrədək güclənəcək. 

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 metr/saniyə təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq.