Külək Xınalığa ziyan vurdu

01 Noyabr, 2017 10:45 | Sosial | Baxış sayı: 119
Küləyin fəsadı
Küləyin fəsadı

Məktəbin, evlərin damı uçub, kəndlər işıqsız qalıb

Şimal bölgəsində bu gecə müşahidə eidlən güclü külək fəsadlara yol açıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, güclü külək Xınalıqda bir sıra sosial problemlərlə nəticələnib.

Kənd məktəbinin və bir neçə evin dam örtüyünü külək uçurub. Ən ciddi problem elektrik enerjisi ilə bağlıdır. Belə ki, xəstlərin qırılması nəticəsində kənd və ətraf yaşayış məntəqələri işıqsız qalıb.

Enerjinin normal verilişi üçün "Azərişıq" QSC-nin qəza briqadası işə başlayıb. Quba Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını araşdırır.