Azərbaycanda xalq artistinə qarşı cinayət işi qaldırıldı

01 Noyabr, 2017 14:06 | Sosial | Baxış sayı: 1308
Leyla Şıxlinskaya - Xalq artisti, balerina
Leyla Şıxlinskaya - Xalq artisti, balerina

O, iki milyon manatdan çox vəsaiti mənimsəməkdə günahladırılır

Xalq artisti, balerina Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırılıb.

İstiPress-in femida.az-a istinadən verdiyi xəbərə görə, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın iki milyon manatdan çox vergidən yayınması faktına görə günahlandırılır.  

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsiləcinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər. 
Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.

Leyla Şıxlinskaya həm də kino aktrisasıdır. O, "Arşın mal alan", "Gün keçdi", "Dədə Qorqud" kimi filmlərdə oynayıb.