Dəyişiklik tıxacın qarşısını alacaq
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Ziya Bünyadov və Mustafa Kamal Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edib.
BNA-dan verilən məlumata görə, paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində daha bir önəmli layihənin icrası yekunlaşıb.
Dəyişikliklik nəticəsində artıq Z.Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. "Yolayrıcında hərəkət svetoforlarla nizamlanır. Dəyişikliyin üstün cəhətləri bunlardır:
Bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;
Piyada təhlükəsizliyi təmin edilir;
Sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;
Nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır".