Xırdalanda tıxaclı günlər başlayır

01 Avqust, 2019 12:13 | Sosial | Baxış sayı: 60
Yol təmiri
Yol təmiri

Təmirlə bağlı Heydər Əliyev prospektində birtərəfli hərəkət olacaq

Xırdalan şəhəri Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırlır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, təmir tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli təmin olunmaqla məhdudlaşdırılıb.

Odur ki, 517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək. Ancaq pik saatlarda sıxlıq olarsa nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər.

Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər.