Bakıda 300 manatlıq cərimə qərarı qüvvəyə minir

01 Avqust, 2017 08:00 | Sosial | Baxış sayı: 554
Sürücü
Sürücü

Texniki baxışa ayrılan vaxt bitdi

Sürücülər üçün ayrılan vaxt başa çatdı. İstiPress-in məlumatına görə, avqustun 1-dək avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq. 

Avtomobil sahibləri texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Bu gündən həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı başalayır. Aksiya aay sonuna kimi davam edəcək. Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, "Təmiz hava" aylığının keçirilməsində məqsəd atmosferin avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.