Bakıda 5 yaşlı uşağı olanların nəzərinə

01 Avqust, 2017 07:19 | Sosial | Baxış sayı: 1477
Birinci sinif
Birinci sinif

Bu gündən qeydiyyat başlayır

Bu gündən Bakıda məktəbəhazırlıq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır. Qeydiyyat sentyabrın 18-nə qədər davam edəcək. İstiPress-in məlumatına görə, qeydiyyat ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək. Məktəblərdə sənəd qəbulu isə avqustun 1-dən sentyabrın sonuna qədər olacaq. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək ki, bu uşaqlar üçün tədris ödənişsiz olacaq. 2019-2020-ci tədris ilində bu rəqəmin 9- faiz olması planlaşdırılır.