Bakıda bəzi yerlərdə polis postları götürüldü

01 İyul, 2020 16:31 | Sosial | Baxış sayı: 145
Karantin
Karantin

Bakıda sərtləşdirilmiş karantin rejimi üçün quraşdırılan polis postlarının bəziləri yığışdırılıb.

İstiPress-in məlumatına görə, artıq paytaxtın bir çox küçə və prospektlərində postlar götürülüb.

Hazırkı məlumata görə, Günəşli qəsəbəsi, Zabrat yolu və digər bir neçə ərazidə artıq postlar yoxdur.

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi iyulun 5-i səhər saat 06-da başa çatır. Prezidentin köməkçisi Hikmət Hacıyev sərt karantin rejiminin daha iki həftə uzadılmasının təklif edildiyini bildirib.

Əldə etdiyimiz yeni məlumata görə, Neftçilər, Qarayev, Nəsimi rayonları və Koroğlu metrostansiyasının yaxınlığında postlar yığışdırılıb.