Sərinlənmək üçün dənizə getdilər, ölüm xəbərləri gəldi

01 İyul, 2018 10:49 | Sosial | Baxış sayı: 338
Suda boğulan
Suda boğulan

Qızmar istilərin başlaması ilə sərinləmək üçün dənizə gedənlərin ölüm xəbərləri də gəlməyə başlayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi ərazisində çimərkən 2 nəfər boğulub.

Qusar sakini, 16 yaşlı Həsən Alışov və Quba şəhər sakini, 22 yaşlı Alim Səttarov sərinləmək üçün dənizə sağ-salamat girsələr də onların sudan meyitləri çıxarılıb.

Hadisə yerinə Xudat şəhər xəstəxanasının təcili yardım briqadası gedib, amma boğulan gənclər artıq keçinmiş olublar.

Xaçmaz rayon prokurorluğunda hər iki ölüm faktına görə araşdırma başlanılıb.