Qaynar su 1 yaşlı uşağın üstünə dağılıb yandırdı

01 İyul, 2018 12:07 | Sosial | Baxış sayı: 75
Körpə
Körpə

Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

İstiPress-in məlumatına görə,  4-cü məhəllə, ev 13/20, mənzil 20-də yaşayan 2017-ci il təvəllüdlü yerli sakin Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdırılıb. Ona I və II dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.