Bu yay istidən yanacağıq

01 İyun, 2018 12:20 | Sosial | Baxış sayı: 197
Termometr
Termometr

Azərbaycanda anomal istilər olacaq

Bu ilin yayında Azərbaycanda anomal istilər gözlənilir. Xüsusi ilə iyul, avqust aylarında. Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a bu barədə məlumat verib. 

O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir və havanın temperaturu normadan 5-6 dərəcə çox olduğu günlər olacaq.

Müşahidə olunan anomal istilər insan səhhətinə mənfi təsir edir. Bunun üçün də saat 11-dən saat 17:00-dək günəş şüalarının birbaşa təsiri altında olmaq insanlar üçün təhlükəlidir.