Bu gündən Azərbaycanda tətil başlayır

01 May, 2019 08:21 | Sosial | Baxış sayı: 215
Tətil başladı
Tətil başladı

Tətil 5 gün davam edəcək

Bu gündən məktəblərdə yaz tətili başlayır. 5 günlük tətil ancaq ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub. Tətil mayın 5-dək davam edəcək. Yeni dərs həftəsi isə mayın 6-dan başlayacaq. 

Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.