Bakıda camaat şikayət etdi, avtobusun yolu dəyişdi

01 May, 2019 17:32 | Sosial | Baxış sayı: 98
Xəritə
Xəritə

216 saylı marşurutda dəyişiklik mayın 2-dən etibarən qüvvəyə minəcək

Bakıda 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu addım Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq atılıb. 

Məlumata görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Mayın 2-dən etibarən 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkına qədər hərəkət edəcəklər.

Bununla da Park istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.