Nazir tapdığı 5 min manatı sahibinə qaytaran şagirdi mükafatlandırdı

01 May, 2018 16:58 | Sosial | Baxış sayı: 341
Abbasov İdris
Abbasov İdris

Məktəbli pul kisəsinin sahibi tərəfindən təklif olunan mükafatdan imtina etmişdi

Təhsil naziri Ceyhun Bayramov 5 min manatlıq pul kisəsini taparaq sahibinə qaytaran Tovuz rayonu, Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təltif edib.

İstiPress-ə Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazir örnək davranışına görə İ. Abbasovu Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə mükafatlandırıb.

Xatırladaq ki, məktəbli pul kisəsinin sahibi tərəfindən təklif olunan mükafatdan da imtina etmişdi.