Azərbaycanda bu gündən tətil başlayır

01 May, 2018 08:35 | Sosial | Baxış sayı: 280
Məktəb
Məktəb

Tətil ancaq ibtidai siniflər üçündür

Mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində 5 günlük əlavə yaz tətil başlayır. Tətil mayın 5-dək davam edəcək və ancaq ibditadi sinifdə oxuyanlar üçün nəzərdə tutulub. 

“Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilmişdi. Yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Ümumtəhsil məktəblərində dərs ili iyunun 14-də başa çatacaq. 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.