BNA bütün avtobuslarını küçələrə çıxarır

01 Aprel, 2020 11:19 | Sosial | Baxış sayı: 97
Ekspres xətt
Ekspres xətt

Metro bağlandığı üçün sərnişin axınının qarşısını almaq vacibdir

Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

"Həm müntəzam, həm də ekpres marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, mümkün sərnişin axının qarşısınının alınması məqsədi ilə, ekpres xətlər üzrə ehtiyat avtobusların xəttə buraxılması da nəzərdə tutulur. Mövcud epidemik vəziyyətdə sərnişin daşımada məqsədimiz, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə, xüsusi xidmət sahələri, ərzaq mağazaları, xüsusi xəstəxanalar, karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir". 

Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib.

Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib.