Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın

01 Mart, 2020 16:25 | Sosial | Baxış sayı: 105
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

Üçmərtəbəli binanın 1-ci mərtəbəsində baş verib

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda 1 ədəd dolab və televizor yanıb.

İstiPress FHN-ə istinadən xəbər verir ki, yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.