Bakıda avtobusun hərəkət sxemi dəyişdi XƏRİTƏ

01 Fevral, 2020 10:48 | Sosial | Baxış sayı: 77
Avtobus
Avtobus

Dəyişiklik təmir bitənə kimi davam edəcək

Bakıda müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Buna səbəb kimi yolda aparılan təmir işləri göstərilir. Belə ki, İnqilab İsmayılov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 104 nömrəli müntəzəm marşrutun hərəkət sxemi təmir işləri yekunlaşana qədər alternativ yolla təşkil ediləcək.