Ölüm yayan qrip Azərbaycanda - RƏSMİ

01 Fevral, 2019 11:03 | Sosial | Baxış sayı: 556
Virus
Virus

Azərbaycanda 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb

Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər. Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, 16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də ÜST tərəfindən təsdiqlənib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, həkimə müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".

Xatırladaq ki, ötən gün Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatını təkzib etmişdi. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunmuşdu ki, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.