Nazir bayram günü cəbhədə tapşırıq verdi FOTO

31 Dekabr, 2018 10:47 | Siyasət | Baxış sayı: 146
Nazir cəbhədə
Nazir cəbhədə

Zirehli texnikaların döyüş hazırlığını yoxlanılıb

Cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.

Yoxlama Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən  həyata keçirilib. 

Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq  tapşırıqlar verib.