ABŞ UNESCO-dan çıxdı

31 Dekabr, 2018 09:01 | Siyasət | Baxış sayı: 38
YUNESKO-nun baş ofisi
YUNESKO-nun baş ofisi

Amerika artıq üzvlük haqqı ödəməyəcək

ABŞ rəsmən UNESCO-dan çıxdı. 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.

Bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.

Bununla da Vaşinqtonun daha üzvlük haqqı ödəməyəcək və UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcək. 

ABŞ-ın beynəlxalq qurumdan çıxmasına isə Fələstin-İsrail münaqişəsi ilə bağlı yaranan fikir ayrılığı səbəb olub.

UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb.

UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.