Yeni ildə gözlənən Aprel hücumu

31 Dekabr, 2017 11:13 | Siyasət | Baxış sayı: 829
 Cəbhədəki əsgərlər (Foto: Vahid Mustafa Yev)
Cəbhədəki əsgərlər (Foto: Vahid Mustafa Yev)

Bu ilə böyük ümidimiz var

Daha bir az da keçəcək və Xoruz ili keçmişdə qalacaq  -  Sarı İt ili başlayacaq.

2018-ci il üçün bizim hər birimizin çox planları və ümidləri var. Amma əsas və bütün azərbaycanlıları birləşdirən ümid ölkə ərazisinin bütünlüklə  işğalçılardan xilas edilməsidir.

Necə deyərlər, it insanın dostudur, o, bizi qoruyur, cinayətkarları axtarıb tutur -  Sarı İtin yardımı ilə biz 2018-ci ildə daha çox möhtəkir, korrupsioner və rüşvətxoru tutmağa ümid edirik. Əsas həm də odur ki, Sarı İt bizə İrəvan siyasətçilərini cəzalandırmaq və onların əsgərlərini Azərbaycan torpaqlarını tərk etməyə məcbur etmək ümidi verir.

Xoruz ilində Azərbaycan ordusunun Aprel hücumu baş tutmadı. Amma böyük ümidimiz var ki, bu, Sarı İt ilində baş verəcək. Çünki Ermənistan liderləri çox narahat olublar - Ermənistan ordusunun komanda heyətinin yenidən qurulmasından çox danışırlar, xalqı əmin etməyə çalışırlar  ki, Rusiyadan hansısa qorxulu silah alıblar. Ermənistan sakinlərinə ümid verirlər ki, Avropa Birliyi ilə saziş bağladıqdan sonra Ermənistanın heç nədən qorxusu yoxdur. Növbəti dəfə yalan danışırlar, özü də, ermənisayağı - bu, yalanın ən yüksək dərəcəsidir.

Bir daha deyirik, Sarı İt insanın dostudur və o, həmişə ədalətin və nizamın keşiyində durur. Məhz buna görə, o, bizə yardım edəcək və biz tezliklə buna şahid olacağıq.

Yeni İliniz mübarək, Əziz Oxucular! Sizə can sağlığı, pul və başladığınız hər işdə uğur arzulayırıq. Qoy Tanrı sizi qorusun!

Sayqılarla,  İstiPress-in kollektivi