Rayona 15 il rəhbərlik etmiş İH başçısı ərizə yazdı

31 Oktyabr, 2019 14:59 | Siyasət | Baxış sayı: 407

"Artıq vaxtdır. Dünən istefa verdim."

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev artıq istefa verdiyini İstiPress-in şimal bürosuna təsdiqləyib.

O, bunu dövrün, zamanın tələbi hesab edərək istefasının çox düzgün olduğunu deyib: "15 il, bir həftədir Xaçmazın icra hakiyyətinin başçısı işləyirəm. 2004-cü il oktyabrın 23-dən cənab prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmuşam. Artıq vaxtdır. Dünən istefa verdim. Cavanlaşma bu sahədə də getməlidi, cavanlara meydan verilməlidi. Bu sahədəki fikirləri dəstəklədim və istefa vürdim. Doğru qərar verdim".

Şəmsəddin Xanbabayevin 80 yaşı 2019-cu il aprel ayının 1-də tamam olub. O, bu gün saat 17-də rayona yeni başçı təyin olunacağını deyib. Şəmsəddin Xanbabayev prezidentlə, rəhmətlik Heydər Əliyevlə uzun illər birgə işlədiyini deyərək əməyinin dövlət başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini də söyləyib və İlham Əliyevə təşəkkür edib.