ABŞ İrana görə tətbiq etdiyi sanksiyaları yumşaldacaq

31 Oktyabr, 2019 19:35 | Siyasət | Baxış sayı: 45
Tehran - İranın paytaxtı
Tehran - İranın paytaxtı

Rusiya, Çin və Avropa şirkətləri “qara siyahı”dan çıxarılacaq

ABŞ hökuməti İranın nüvə proqramı ilə əlaqədar Rusiya, Çin və Avropa ölkələrinə tətbiq etdiyi sanksiyaları yumşaldacaq.

İstiPress-in məlumatına görə, bu barədə “Röyters” etibarlı mənbələrə isitnadən məlumat yayıb. Bildirilir ki, Rusiya, Çin və Avropa şirkətləri “qara siyahı”dan çıxarılacaq.

Belə olan halda, həmin müəssisələr İranın nüvə obyektlərində işləyə biləcək. Bununla belə, Tehran bütün imkanlarından istifadə edərək nüvə silahını inkişaf etdirə bilməyəcək.