ABŞ Bağdadini belə məhv edib VİDEO

31 Oktyabr, 2019 11:48 | Siyasət | Baxış sayı: 84
Bağdadinin məhvi ilə bağlı brifinq
Bağdadinin məhvi ilə bağlı brifinq

İŞİD lideri özünü iki uşaqla birlikdə partladıb

ABŞ Müdafiə Nazirliyi İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatının görüntülərini və əməliyyatın təfərrüatlarını açıqlayıb. ABŞ Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi keçirdiyi brifinqdə bildirib ki, hücum vertolyotların köməyi ilə həyata keçirilib. Hücumdan əvvəl xüsusi təyinatlıları Suriya ərazisində qruplar halında cəmləşdiriblər. Terrorçunun məhv edilməsi əməliyyatı elə planlaşdırılmışdı ki, İŞİD üzvləri onun üstünü aça bilməsinlər və yerli sakinlərdən heç kim zərər çəkməsin.

ABŞ-ın yaydığı videoda terrorçunun olduğu bina göstərilib. Binanı iki tərfədən insanlar əhatə ediblər.

"Burada biz Bağdadinin gizləndiyi binanı görürürk. Bu təcrid edilmiş obyekt İdlib vilayətində yerləşir", deyə, general Makkenzi bildirib. 

Amerika döyüşçüləri tərəfindən sağ ələ keçiriləcəyinin qaçılmaz olduğunu görərək əl-Bağdadi üzərindəki bombanı partladıb, bu zaman onun yanında iki azyaşlı uşaq da var idi. Uşaqların yaşı 12-dən aşağı olub.

DNT analizi Bağdadinin məhv edildiyini faktını tam təsdiqləyib.